Türkiyədə nəvələrinə baxan nənələrə 200 manat veriləcək

Türkiyədə nəvələrinə baxmağı üzərinə götürmüş nənələrə ayda 425 türk lirəsi (təqribən 200 manat) məbləğində yardımın göstərilməsini təmin edən “Nənə layihəsi”nin protokolu imzalanıb. “Yeniavaz.com”un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, imzalanma mərasimində iştirak edən ölkənin əmək və sosial və müdafiə naziri Mehmet Müəzzinoğlu bildirib ki, layihənin məqsədi qadınların işlə təminatına dəstək vermək, onların iş həyatından uzaqda qalmamasıdır. Onun sözlərinə görə, ilk mərhələdə layihə Türkiyənin 10 vilayətindəki 6 min ailəyə şamil ediləcək. Bu layihənin dünyada analoqunun olmadığını vurğulayan nazir əlavə edib ki, layihənin min ailə üçün ayrılacaq maliyyə vəsaiti 6 milyon türk lirəsi təşkil edəcək: “Bu protokoldan sonra tələbləri qəbul etməyə başlayacağıq. Mart ayından etibarən layihənin faktiki olaraq tətbiqinə başlayacağıq. Gəliri aşağı olan ailələr seçimlər zamanı prioritet təşkil edəcəklər. Yaşı 65-i ötməyən nənələrə üstünlük veriləcək, bundan başqa onun səhhəti uşağa baxa biləcək vəziyyətdə olmalıdır”.

DİGƏR XƏBƏRLƏR

Top