Çavuşoğlu: Türkiyə Raqqaya xüsusi təyinatlılar göndərə bilər

Son günlər Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusu Əl Babda xeyli irəliləyib, bundan sonrakı hədəf Raqqadır. “Yeniavaz.com”un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ankarada Səudiyyə Ərəbistanından olan həmkarı Adil əl-Cübeyr ilə keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, Türkiyə Raqqanın İŞİD terror qruplaşmasının silahlılarından təmizləmək üçün ora xüsusi təyinatlıları göndərə bilər: “Əvvəldən bəri regional ölkə və koalsiya üzvü olaraq xüsusi təyinatlılarımzı cəlb edə biləcəyimizi dedik, cəlb etməliyik də”. M. Çavuşoğlu qeyd edib ki, Raqqa əməliyyatını düzgün tərəflərlə həyata keçirmək lazımdır: “Terror təşkilatlarına etibar etmək olmaz, əks təqdirdə Suriyanın gələcəyi üçün böyük səhvə yol verilər. Bundan sonra İŞİD-lə mübarizəmizin ABŞ ilə daha səmərəli olacağına və qısa müddət ərzində İŞİD-in Suriyadan təmizlənəcəyinə inanırıq ”.

DİGƏR XƏBƏRLƏR

Top