Yaşayış evlərinin 1 kv. metrinin maya dəyəri barədə RƏSMİ AÇIQLAMA

2016-cı ildə bütün maliyyə mənbələri hesabına ümumi sahəsi 1 milyon 677,1 min kvadrat metr olan yeni yaşayış evləri tikilib istifadəyə verilib. "Yeniavaz.com" Dövlət Statistika Komitəsinə istinadən bildirir ki. istifadəyə verilən ümumi sahənin 78,6 min kvadrat metri doğma yurdlarını tərk etmiş məcburi köçkünlər üçün tikilən evlərin payına düşür.

İl ərzində mənzil tikintisində istifadə edilən vəsaitin həcmi 683,5 milyon manat olub, onun 47,5 milyon manatı dövlət, 636 milyon manatı isə qeyri-dövlət mülkiyyətində olan müəssisə və təşkilatların payına düşüb.

Komitənin açıqladığı məlumatdan belə görünür ki, ümumi sahəsi 1 milyon 677,1 min kvadrat metr olan yeni yaşayış evlərinin tikintisi üçün 683,5 milyon manat xərcləndiyindən, yaşayış evinin 1 kvadrat metri üçün 407,5 manat vəsait xərclənib.

Ölkə vətəndaşları mənzil şəraitlərinin yaxşılaşdırması məqsədilə şəxsi vəsaitləri hesabına 11,2 min yaşayış evi tikilib, onların əksəriyyəti Naxçıvan Muxtar Respublikasında, Bakı, Lənkəran şəhərlərində, Abşeron, Şəmkir, Tovuz, Kürdəmir, Cəlilabad və Qəbələ rayonlarında inşa edilib.

DİGƏR XƏBƏRLƏR

Top