Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində baş verən atışma nəticəisndə daha bir erməni əsgəri həlak olub. "Yeniavaz.com"un nevs.am-a istinadən verdiyi məlumata görə, müddətdən artıq xidmət edən hərbi qulluqçu Qeqam Manukyan cəbhənin şimal istiqamətində baş verən atışmada öldürülüb. Eyni zamanda yerli vaxtla saat 12-də Mardakert istiqamətində baş verən atışma zamanı erməni hərbçisi Koryun Kirakosyan ağır yaralanıb.