Rusiya ABŞ-ın nüvə silahından istifadə məsələsinə aydınlıq gətirməsini istəyir

ABŞ-ın bu ilin yazında nüvə silahından istifadə ilə bağlı doktrinasını yenidən nəzərdən keçirəcəyini bəyan etməsi Rusiyada narahatlıqla qarşılanıb. "Yeniavaz.com"un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, Rusiya ictimai palatasıının rəsmisi Sergey Orconikidze mətbuata verdiyi açıqlamasında ABŞ-ın nüvə silahından hansı şəraitdə istifadə edəcəyi məsələsinə aydınlıq gətirəcəyinə ümid etdiyini söyləyib: "ABŞ-da yeni prezidentin seçilməsindən sonra xarici siyasətdə, o cümlədən hərbi doktrinaya münasibətdə dəyişikliklərin edilməsi təbii qarşılana bilər. Əsas məsələ nüvə silahından hansı vəziyyətdə istifadə edilməsinin dəqiqləşdirilməsi, onun təcavüzkar məqsədlərə xidmət etməməsidir".

Onun sözlərinə görə, Rusyanın nüvə doktrinasında bununla bağlı məsələ dəqiqliyi ilə həllini tapıb. Amma ABŞ-ın nüvə doktrinasında ölkənin həyati önəm daşıyan maraqlarına toxunduğu hallarda nüvə silahından istifadə edilməsi əksini tapıb. Bu da istənilən bəhanə ilə Pentaqona nüvə silahından istifadə etmək hüququ verir.

DİGƏR XƏBƏRLƏR

Top