Li Pen prezident seçilsə, yəhudilərin çoxu Fransanı tərk edəcək

Fransada yaşayan yəhudilər qarşıdan gələn prezident seçkilərində Li Penin qalib gəlməsindən qorxurlar. "Yeniavaz.com"un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu mətbuata açıqlamasında Avropa ravvinləri şurasının sədri Pinxas Qoldşmidt deyib: "Əgər soruşsanız ki, Marin Li Pen seçkilərdə qalib gəlsə, yəhudilər Fransanı tərk edəcəklərmi, onda cavab verim: onlar da, mən də bu ölkədən gedəcəyik. Belə olacağı təqdirdə XX əsrdə olduğu kimi Avropa dünyada ən təhlükəli yer olacaq".

O qeyd edib ki, Avropa da millətçilik etnik köklərə malikdir : "Əgər Avropa dövlətləri ultramillətçilik dövrünə qayıtsalar, onda burada müharibələr yenidən baş qaldıracaq".

DİGƏR XƏBƏRLƏR

Top