İspaniyada kimya zavodunda partlayış olub

İspaniyanın Valensiya bölgəsində Xlor emalı zavodunda partlayış olub. “El Mundo” qəzeti xəbər verir ki, hadisə Patern kimya zavodunda baş verib. Məlumata görə, əvvəlcə güclü partlayış olub, ardınca tüstü yaranıb, bundan sonra isə silsilə partlayış səsləri eşidilib. Hadisə nəticəsində ölən və ya yaralananlar barədə məlumat verilməyib. Ancaq yerli sakinlərə evdən çıxmamaq məsləhət görülüb. Hazırda məsələ ilə bağlı araşdırma aparılır.Report

DİGƏR XƏBƏRLƏR

Top