Gürcüstan Cənubi Osetiyanın Alaniya adlandırılmasına etiraz edir

Gürcüstan Baş naziri Georgi Kvirikaşvili Rusiya tərəfindən işğal edilən Cənubi Osetiyanın adının dəyişdirilməsinə gedən hazırlıqlarla bağlı etiraz bəyanatı verib. "Yeniavaz.com"un apsny.ge saytına istinadən verdiyi məlumata görə, bəyanatda Rusiyanın işğal etdiyi Cənubi Osetiyada möhkəmlənmək, osetinlər və gürcülər arasında qarşıdurma salmaq, bölgəni Gürcüstandan təcrid etmək üçün cəhdlərə baş vurduğu qeyd edilir: "Cənubi Osetiyanın adının dəyişdirilməsi ilə bağlı referendum hazırlığı Rusiynın bölgəni anneksiya siyasətinin davamıdır. On minlərlə yerli sakinin zorla doğma yurd-tuvasından qovulduğu və etnik təmizləmələrin aparıldığı bölgədə ad dəyişdirmə ilə bağlı referendum hazırlığı beynəlxalq hüquq normalarının pozulması, qeyri-qanuni və qəbul edilməzdir".

Gürcüstan Baş naziri beynəlxalq təşkilatları və tərəfdaş ölkələri referendumun keçirilməsinə etiraz etməyə və onun nəticələrini tanımamağa çağırıb: "Mən bütün beynəlxalq təşkilatları və ictimaiyyəti Rusiyanın işğal etdiyi Cənubi Osetiyada Gürcüstanın ərazi bütövlüyünü təhdid edən təxribatçı hərəkətlərinə qarşı etiraz səslərni ucaltmağa, buna qarşı birləşməyə çağırıram. Rusiyanın yeritməkdə olduğu anneksiya siyasəti bölgədə sabitliyi təhlükə altına alır".

Xatırladaq ki, aprel ayının 9-da Cənubi Osetiyada regionun adının Alaniya adlandırılmasını nəzərdə tutan referendum keçiriləcək.

DİGƏR XƏBƏRLƏR

Top