Rusiyada seçkilərdə iştirak etmək hüququ olan partiyaların sayı fevralda 74-dən 72-dək azalıb. “Yeniavaz.com”un TASS-a istinadə verdiyi məlumata görə, bunu Rusiya Mərkəzi Seçki Komissiyasının sədri Ella Pamfilova deyib. O bildirib ki, Ədliyyə Nazirliyinin məlumatına əsasən, hazırda 72 partiyanın seçkidə iştirak etmək haqqı var: “Belə ki, fevralın əvvəlində iki partiya fəaliyyətini dayandırıb və reyestrdən çıxarılıb. Bunlar Biznes və Sahibkarlığın Qorunması Partiyası, həmçinin “Umnaya Rossiya” partiyasıdır.