"Bu kitabı yazmaqda məqsədim Azərbaycanın mövqeyini qorumaq deyil"

Mingəçevir Heydər Əliyev Mərkəzində tanınmış rusiyalı tarixçi və hüquqşünas Oleq Kuznetsovun yeni çapdan çıxmış "XX əsrdə transmilli erməni terrorizmi. Tarixi-kriminoloji tədqiqat" kitabının təqdimatı olub. Yeniavaz.com xəbər verir ki, təqdimatdan öncə mingəçevirli şagirdlərin əl işlərindən ibarət "Xocalı harayı" rəsm sərgisinə baxış keçirilib. Tədbirdə çıxış edən Oleq Kuznetsov təhlil və araşdırmaları haqqında məlumat verib. O bildirib ki, Qarabağ müharibəsi erməni millətçilərinin Azərbaycan xalqına qarşı terror müharibəsidir: "Dağlıq Qarabağa gəlmiş döyüşçülər muzdlu hərbçilər, terrorçular olub. Onlar azərbaycanlı qadınları, uşaqları, qocaları pul müqabilində qətlə yetiriblər. Keçmiş SSRİ məkanında azərbaycanlılara qarşı müharibəyə Yaxın Şərq ölkələrindən, eləcə də Cənub-Şərqi, Qərbi Avropadan və ABŞ-dan erməni millətindən olan altı minə yaxın xarici muzdlu hərbçi cəlb edilib". Tarixçi onu da qeyd edib ki, bu kitabı yazmaqda məqsədi Azərbaycanın mövqeyini qorumaq deyil: "Bu terror Rusiyanında başına gələ bilərdi. Azərbaycana məxsus olan torpaqları işğal etməyə çalışan Ermənistan terror aktları törətməkdən çəkinmir. Bu hadisəni erməni vandalizmi hər bir dövlətin başına gətirə bilər".

Daha sonra məktəblilər, müəllimlər onları maraqlandıran sualları diqqətə çatdırıblar. Qonaq hər bir suallara aydınlıq gətirərək maraqlı faktları diqqətə çatdırıb.

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top