İsraildən Lapşinlə bağlı yeni açıqlama

İsrail ötən gün Belarusdan Azərbaycana ekstradisiya edilmiş Rusiya və yəhudə dövlətinin vətəndaşı olan bloger Aleksandr Lapşinin işinin gedişatını diqqətlə izləyir. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu İsrail Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Emmanuel Naxşon deyib. Onun sözlərinə görə, İsrail diplomatik və konsulluq kanallarla bütün müvafiq tərəflərlə təmasdadır.

Qeyd edək ki, ikili vətəndaşlığı (İsrail və Rusiya) olan A. Lapşin dekabrın 14-də Belarusda Azərbaycan tərəfinin tələbi ilə saxlanılıb. O, təxminən bir aydır Minskdə 1 nömrəli istintaq təcridxanasında saxlanılırdı. Belarus Ali Məhkəməsi blogerin Azərbaycana ekstradisiyasına dair qərarından verdiyi şikayəti təmin etməyib.

Xatırladaq ki, ayrı-ayrı dövlətlərin vətəndaşlığını daşıyan Aleksandr Lapşin Ermənistan Silahlı Qüvvələri tərəfindən Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində yaşayan digər şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək "Azərbaycan Respublikasının dövlət sərhədi haqqında", "Pasportlar haqqında" Azərbaycan Respublikası qanunlarının tələblərini kobud surətdə pozmaqla Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və nəzarət-buraxılış məntəqələrindən kənarda keçərək 2011-ci ilin aprel və 2012-ci ilin oktyabr aylarında işğal olunmuş ərazilərə daxil olub, qanunsuz rejimin beynəlxalq səviyyədə təbliğ edilməsi məqsədilə internet sosial şəbəkəsində özünə məxsus "http//puerrtto.livejournal.com" səhifəsində səyahət etdiyi dövlətlər arasında Azərbaycan və Ermənistanla yanaşı, Dağlıq Qarabağı da müstəqil dövlət kimi qeyd etməklə, həmçinin 6 aprel və 29 iyun 2016-cı il tarixli müraciətlərində işğal olunmuş ərazilərdə qanunsuz fəaliyyət göstərən rejimin "müstəqilliyini" dəstəkləməklə Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar edib.

DİGƏR XƏBƏRLƏR

Top