ABŞ senatorları Rusiyaya qarşı sanksiyaların ləğvini çətinləşdirəcəklər

ABŞ-da bir qrup senator prezident Donald Trampın Rusiyaya qarşı sanksiyaları yalnız Konqresin icazəsi ilə ləğv edə biləcəyəni nəzərdə tutan qanun layihəsini fevralın 8-də baxılması üçün həmkarlarına təqdim edəcək. “Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, sənədin əsas müəllifləri respublikaçı Lindsi Qrem və demokrat Ben Kardindir. “Rusiya ilə münasibətlərin qiymətləndirilməsi haqqında akt” adlı qanun layihəsi D. Trampın Moskvaya qarşı tətbiq edilmiş məhdudlaşdırıcı tədbirləri zəiflətmək qərarını qəbul etmə ehtimalına görə hazırlanıb. Sənəd Ağ evdən sanksiyaları ləğv etməyə çalışmasının səbəbi, ətraflı izahatı ilə bağlı məruzə hazırlamağı, eləcə də Konqresin belə bir addıma qarşı əleyhinə səs vermək üçün 120 günlük müddət təyin edilməsini tələb edir.

Xatırladaq ki, Rusiyaya qarşı sanksiyaların böyük hissəsi keçmiş dövlət başçısı Barak Obama tərəfindən Konqresin razılığını tələb etməyən prezident fərmanları vasitəsilə tətbiq edilmişdi. Bununla da D. Tramp onları hakimiyyətin qanunvericilik orqanının razılığı olmadan eyni addımla ləğv edə bilər.

DİGƏR XƏBƏRLƏR

Top