"Altılar" İranla imzalanan nüvə anlaşmasının ləğvinin əleyhinədirlər

Moskva və İranla nüvə anlaşmasını imzalayan 6 ölkə ("altılar") onun əleyhinə çevrilə biləcək istənilən addımın əleyhinədirlər. "Yeniavaz.com"un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə mətbuata açıqlamasında Rusiya Xarici işlər nazirliyi Silahların yayılmaması və ona nəzarət məsələləri departamentinin direktoru Mixail Ulyanov deyib: "Əgər bu anlaşma pozularsa, onda hadisələr qeyri-müəyyən istiqamətdə inkişaf etməyə başlayacaq. Bu isə nə İranın, nə ABŞ-ın, nə onun regiondakı qonşularının, nə də İsrail və Rusiyanın maraqlarına cavab verməyəcək. Bütün bunları nəzərə alaraq Moskva nüvə anlaşmasını imzalayan 6 ölkə ilə birlikdə bu sənədi şübhə altına alan və vəziyyətin gərginləşməsinə səbəb ola biləcək istənilən addımların atılmasının əleyhinədir".

DİGƏR XƏBƏRLƏR

Top