Putin Türkiyə ilə bağlı sazişi imzaladı

Rusiya prezidenti Vladimir Putin “Türk axını” qaz kəməri layihəsi üzrə Türkiyə ilə sazişin ratifikasiyası haqqında qanunu imzalayıb. “Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, sənəd rəsmi hüquqi informasiya internet portalında dərc edilib.

Xatırladaq ki, Rusiya və Türkiyə oktyabrın 10-da “Türk axını” layihəsi üzrə hökumətlərarası saziş imzalayıblar. Saziş Qara dənizin dibi ilə magistral qaz kəmərinin iki “qolunun” tikintisini nəzərdə tutur. Hər bir xəttin gücü 15,75 milyard kubmetr qaz təşkil edəcək. Bir xətt qazın bilavasitə Türkiyə bazarına tədarük, digər xətt isə Türkiyə ərazisindən tranzit yolu ilə Avropa ölkələrinə tədarükü üçün nəzərdə tutulub. Dənizin dibindən keçəcək xətlər 2019-cu ilin dekabrınadək tikilməlidir.

DİGƏR XƏBƏRLƏR

Top