Amerika jurnalı Ukraynanı münaqişəni körükləməkdə günahlandırdı

Əgər Ukraynada münaqişə yenidən qızışarsa, onda ABŞ bitərəf mövqedə qala bilər. "Yeniavaz.com"un korrespondent.net saytına istinadən verdiyi məlumata görə, bu barədə ABŞ-da nəşr olunan Foreign Policy jurnalının münaqişəyə həsr edilən məqaləsində deyilir. "Kiyev həmçinin Ukraynanın şərqində müharibəni körükləyir" adlı məqalədə deyilir ki, Ukraynada sülh partiyası yoxdur. Məqalədə qeyd edilir ki, Tramp prezident seçiləndən sonra yalnız Rusiyanın təcavüzkar hərəkətləri ilə deyil, həm də problemin həllinə münasibətdə Ukraynanın get-gedə güzəştə getməmək siyasəti ilə üzləşib. Foreign Policy yazır ki, payız danışıqları uğursuzluğa dükar olandan sonra hər iki tərəf neytral zonada möhkəmlənməyə başlayıblar və bəzi yerlərdə qarşı duran tərəflərin silahlı qüvvələrini yüz metr məsafə ayırır.

Jurnal münaqişənin yenidən körüklənmə təhlükəsinin arxasında Ukrayna daxilində gedən siyasi mübarizənin də müəyyən rol oynadığını qeyd edib.

DİGƏR XƏBƏRLƏR

Top