Ərəb Ölkələri Liqası İsrailin özbaşına tikilən evləri qanuniləşdirməsini pisləyib

Ərəb Ölkələri Liqası (ƏÖL) Baş katibi Əhməd Əbul-Geyt İsrailin işğal edilmiş İordan çayının qərb sahilində yəhudilər tərəfindən özbaşına inşa edilən yaşayış evlərinin qanuniləşdirilməsi barədə qəbul etdiyi qərarı sərt şəkildə tənqid edib. "Yeniavaz.com"un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, Geyt İsrailin bu addımının sülh prosesinə düşmən mövqedən yanaşma olduğunu söyləyib: "Bu qanun fələstinlilərə məxsus torpaqların zorla ələ keçirilməsi və talanması deməkdir".

Qeyd edək ki, adı çəkilən qanunun qəbulunun lehinə parlamentin 120 deputatından 60-ı səs verib. Qanuna əsasən işğal edilmiş Fələstin torpaqlarında qeyri-qanuni inşa edilən yəhudi evləri bundan sonra dağıdılmayacaq və onlar fələstinliləirn statusu müəyyən edilənə kimi icarəyə verilmiş hesab ediləcəklər.

DİGƏR XƏBƏRLƏR

Top