"Azərbaycanda cinayət törədənlərin çoxu 30 və yuxarı yaşdadır" - Rəsmi

Azərbaycanda cinayət törədənlərin çoxu 30 və yuxarı yaşlı insanlardır. Yeniavaz.com saytı bu barədə Dövlət Statistika Komitəsinə istinadən məlumat yayıb. Bəlkə də bu fakt bir çoxlarına qəribə gələ bilər, amma Komitənin illərə görə açıqladığı statistika bu qənaətə gəlməyə əsas verir...

- 2000-ci ildə - 8006 nəfər.

- 2001-ci ildə - 8496 nəfər.

- 2002-ci ildə - 9424 nəfər.

- 2003-cü ildə - 9365 nəfər.

- 2004-cü ildə - 10140 nəfər.

- 2005-ci ildə - 11095 nəfər.

- 2006-cı ildə - 11725 nəfər.

- 2007-ci ildə - 11226 nəfər.

- 2008-ci ildə - 11602 nəfər.

- 2009-cu ildə - 12194 nəfər.

- 2010-cu ildə - 11613 nəfər.

- 2011-ci ildə - 11261 nəfər.

- 2012-ci ildə - 10049 nəfər.

- 2013-cü ildə - 8540 nəfər.

- 2014-cü ildə - 9119 nəfər.

- 2015-ci ildə - 9119 nəfər.

Azərbaycanda cinayət törədənlər arasında xanımlar da az deyil. Düzdür, kişilərlə müqaisədə cinayətkar xanımların sayı o qədər də çox görünmür. Rəsmi məlumatlara əsasən belə qənaətə gəlmək olar ki, qadınlar arasında cinayət törədənlərin sayı son illər azalmaqdadır.

- 2000-ci ildə - 1180 nəfər.

- 2001-ci ildə - 1693 nəfər.

- 2002-ci ildə - 2419 nəfər.

- 2003-cü ildə - 2217 nəfər.

- 2004-cü ildə - 2357 nəfər.

- 2005-ci ildə - 2520 nəfər.

- 2006-cı ildə - 2675 nəfər.

- 2007-ci ildə - 2505 nəfər.

- 2008-ci ildə - 2573 nəfər.

- 2009-cu ildə - 2665 nəfər.

- 2010-cu ildə - 2318 nəfər.

- 2011-ci ildə - 2074 nəfər.

- 2012-ci ildə - 1677 nəfər.

- 2013-cü ildə - 1012 nəfər.

- 2014-cü ildə - 971 nəfər.

- 2015-ci ildə - 1128 nəfər.

Nicat

DİGƏR XƏBƏRLƏR

Top