Xamaneyi: Trampa cavabımızı cümə günü göstərəcəyik

İranın ali dini lideri Ayətullah Əli Xamaneyi iranlıların ABŞ prezidenti Donald Trampın hədələrinə qarşı cavabını cümə günü 1979-cu il inqilabının ildönümündə göstərəcəyini deyib. “Yeniavaz.com”un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Ə. Xamaneyi ABŞ prezidentinin İranın ondan qorxması istədiyini, lakin İranın buna cavabının “xeyr” olduğunu bildirib. Onun sözlərinə görə, heç bir düşmən İran xalqını iflic edə bilməz: “Tramp məndən qorxmalısınız deyir. Xeyr! İran xalqı fevralın 10-a onun sözlərinə cavab verəcək və bu cür hədələrə qarşı mövqeyini göstərəcək”.

DİGƏR XƏBƏRLƏR

Top