Oğrular Dehlidə Nobel mükafatı medalını və sertifikatını oğurlayıblar

Hindistanın paytaxtı Dehlidə oğrular məşhur insan hüquqları müdafiəçisi, Nobel mükafatı laueratı Kaylaş Satyartxinin evini qarət ediblər. "Yeniavaz.com"un BBC-yə istinadən verdiyi məlumata görə, evə daxil olan oğrular Kaylaş Satyartxinin təltif olunduğu Nobel medalını və onun sertifikatını oğurlayblar. Hazırda xaricdə olan Satyartxinin dediklərinə görə, ayın 7-də səhər tezdən oğrular evdə heç kimin olmamasından istifadə edərək içəri daxil olublar: "Qapının qıfılı sındırılıb, mənə məxsus Nobelə mükafatı və bununla bağlı sertifikat, həmçinin başqa qiymətli əşayalar oğurlanıb".

Xatırladaq ki, Satyartxiyə Nobel mükafatı 2014-cü ildə hindistanlı uşaqların oğurlanması və onların əməyindən istifadəyə qarşı apardığı mübarizəyə görə verilib.

DİGƏR XƏBƏRLƏR

Top