Avropa İnsan Haqları Məhkəməsi Rusiyanı 173 milyon avro ödəməyə məhkum etdi


Avropa İnsan Haqları Məhkəməsi qərara alıb ki, Rusiya mitinq və toplaşma azadlıq hüquqlarını pozduğu 23 rusiyalıya 173,5 min avro ödəməlidir. “Yeniavaz.com”un “Moskovskiy komsomolets” qəzetinə istinadən verdiyi məlumata görə, söhbət 2009-2012-ci illərdə baş vermiş hadisələrdən, o cümlədən Eduard Limonovun təşəbbüs göstərdiyi “Strategiya 31” aksiyalarından gedir.

Xatırladaq ki, o və hər ayın 31-də keçirilən digər aksiya təşəbbüskarları hakimiyyətdən Konstitusiyanın 31-ci maddəsinə əməl edilməsini və hakimiyyətdən icazə almadan Rusiyanın şəhərlərinin küçələrində toplaşmağa icazə verilməsini tələb edirdilər. Məhkəmənin qəbul etdiyi qərar üzrə 28 hal arasında 16-sı “Strategiya 31”a aid olub. Ümumilikdə Avropa İnsan Haqları Məhkəməsində Rusiyadan 80 analoji şikayətə baxılır. Xatırladaq ki, 2016-cı ildə Dövlət Dumasının qəbul etdiyi qanuna əsasən, Konstitusiya məhkəməsi Avropa İnsan Haqları Məhkəməsinin qərarını reallaşdırmaqdan imtina edə bilər.

DİGƏR XƏBƏRLƏR

Top