Bakı Metropoliteni maliyyə çatışmazlığı yaşayır

Bakı Metropoliteni universal frezer və torna dəzgahlarının satın alınmasına dair müqaviləni ləğv edib.

Metropolitenin tender komissiyası bununla bağlı məlumat yayıb.

"Eskalatorların təmirindən ötrü lazım olan dəzgahların alınmasından maliyyə imkanlarının məhdud olması səbəbindən imtina olunur. Yerli şirkətlərdən biri ilə müqavilə ötən ilin dekabrında imzalanmışdı", - deyə tender komissiyasının üzvü Rauf Yusifov "Turan" Agentliyinə bildirib. Ancaq o, həmin şirkətin adını açıqlamayıb.

R.Yusifov, hələlik, müqavilə tərəfinin onlara dəyən ziyana görə məhkəmə qaydasında iddia qaldırmadığını bildirib. Onun sözlərinə görə, müqavilənin qiyməti 106 min manatdır. Tender 2016-cı ilin sentyabrında elan edilib.

2017-ci ildə hökumət Bakı Metropoliteninə dövlət büdcəsindən ayrılan subsidiyanı 8 milyon manat azaldıb.

Bu il subsidiya həcmi cəmi 30 milyon manat olacaq.

DİGƏR XƏBƏRLƏR

Top