Marqvelaşvili Putinlə görüşmək arzusundadır

Gürcüstanla Rusiya arasında əlaqələr "strateji gözləmə" rejimindədir və dəyişməz olaraq qalır. "Yeniavaz.com"un vestikavkaza.ru saytına istinadən verdiyi məlumata görə, bu sözləri Gürcüstan prezidenti Georgi Marqvelaşvili Gürcüstan-Rusiya münasibətlərindən danışarkən deyib. Onun sözlərinə görə, iki ölkə arasında əlaqələri yaxşılaşdırmaq üçün prezidentlərin görüşünə ehtiyac var: "Belə hesab edirəm ki, danışıqlar masasından həmişə istifadə etmək lazımdır. Bu da Rusiya prezidenti ilə görüşmək üçün mənə əsas verir. Əlbəttə, öncədən görüşə bütün qurumların iştirakı ilə hazırlaşmaq lazımdır. Biz, siyasətçilər arasında danışıqların həmişə hansısa problemi həll etməsi və ya ona şərait yaratması üzərində köklənməliyik".

Lakin o əlavə edib ki, hazırda belə görüşün keçirilməsi barədə hər hansı razılıq əldə edilməyib.

DİGƏR XƏBƏRLƏR

Top