UEFA-nın reallaşdırmağa hazırlaşdığı və Çempionlar Liqasının əvəzinə yaradılacaq Avropa Super Liqası layihəsindəki 18 komanda məlum olub. “Yeniavaz.com”un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, yeni liqada İngiltərədən 5, İspaniyadan 4, İtaliya, Almaniya və Fransanın hər birindən isə 3 komanda iştirak edəcək. UEFA bununla Avropadakı böyük rəqabəti yeniləməyi planlaşdırır. Təşkilat həmçinin, 2018-2021-ci illərdə Avropanın ən böyük 5 çempionatının komandalarına bu liqada iştirak üçün təminat verib. Avropa Super Liqasında iştirak edəcək komandalar aşağıdakılardır: “Barselona”, “Real” Madrid, “Atletiko” Madrid, “Sevilya”, “Mançester Siti”, “Çelsi”, “Mançester Yunayted”, “Arsenal”, “Liverpul”, “Yuventus”, “Milan”, “İnter”, “Bavariya”, “Borussiya” Dortmund, “Bayer” Leverkuzen, PSJ, “Marsel”, “Lion”.