Qazaxda baba ehtiyatsızlıqdan nəvəsini güllələyib

Qazax rayonunda baba ehtiyatsızlıqdan nəvəsinə xəsarəti yetirib. Daxili İşlər Nazirliyinin rəsmi saytının məlumatına görə, rayonun Şıxlı kəndində kənd sakini Səyad Nəsibov oğlunun idarə etdiyi "Mercedes" markalı avtomobildə özünə məxsus "TOZ-34" markalı tüfənglə ehtiyatsız davranması nəticəsində açılan atəş 7 yaşlı nəvəsi S.Nəsiblinin sol baldır nahiyəsinə dəyib. Xəstəxanaya yerləşdirilən uşağın sol ayağı amputasiya edilib. Qazax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən hadisə yerindən "TOZ-34" markalı tüfəng götürülüb. Faktla bağlı araşdırmalar davam etdirilir.

DİGƏR XƏBƏRLƏR

Top