ABŞ xüsusi təyinatlılarının Yəməndə gizli əməliyyatı boşa çıxıb

ABŞ xüsusi təyinatlılarının ötən ayın sonlarında Yəməndə həyata keçirdiyi gizli əməliyyatın məqsədi "Əl-Qaidə"nin Ərəbistan yarımadasındakı komandiri Qasım əl-Rimi həbs etmək olub. "Yeniavaz.com"un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, əməliyyat zamanı dünyanın ən təhlükəli üçünci terrorçusu hesab edilən Kasım əl-Rimi həbs etmək mümkün olmayıb. Bu barədə məlumat NBC telekanalına hərbi mənbələrdən daxil olub. Hazırda Qasım əl-Rimi Yəməndədir. Ötən bazar günü terrorçu internetdə yaydığı videoda deyib ki, Ağ evi idarə edən bununla da ilk zərbəsini alıb. Onun yayınladığı bu video da ABŞ xüsusi təyinatlılarının terrorçunu tutmaq üçün keçirdikləri əməliyyatın boşa çıxdığını təsdiq edir. NBC telekanalının məlumatında deyilir ki, əməliyyat zamanı Qasım əl-Rimininin Əl-Qaidə düşərgəsində olub-olmadığını müəyyən etmək mümkün olmayıb. Onun əməliyyat ərəfəsi öncədən xəbərdarlıq edildiyi və ona görə də düşərgəni tərk edə biləcəyi istisna edilmir.

Xatırladaq ki, yanvar ayının 29-da ABŞ xüsusi təyinatlıları tərəfindən Yəməndə keçirilən əməliyyatda 14 silahlı öldürülüb. Öldürülənlər arasında "Əl-Qaidə"nin Ərəbistan yarımadasında silahla təmin edilməsində önəmli rol oynayan Sultan əl-Daxab və Abd-əl Rauf-əl-Daxabın da olduğu bildirilir.

DİGƏR XƏBƏRLƏR

Top