Belarus Ali məhkəməsi az sonra Lapşin haqda qərarını açıqlayacaq

Bu dəqiqələrdə Belarusun Ali məhkəməsi Rusiya və İsrail vətəndaşlığını daşıyan qalmaqallı bloqqer Aleksandr Lapşinin Azərbaycana ekstradisiyasına dair çıxarılmış qərardan vəkillərin verdiyi şikayətə baxır. Belarus KİV-i xəbər verir ki, Ali məhkəmənin bu işlə bağlı iclası qapalı rejimdə keçirilir. Lakin hökmün elan olunması açıq olacaq. Belarus Baş prokurorluğu Lapşinin Azərbaycana ekstradisiyasına dair yanvarın 18-də qərar çıxarıb. Vəkillər bu qərardan Minsk məhkəməsinə şikayət veriblər. Lakin məhkəmə şikayəti təmin etməyib, vəkillər bu dəfə Ali məhkəməyə şikayət veriblər. Əgər Ali məhkəmə ekstradisiya qərarını qüvvədə saxlasa Lapşin elə bu gün Bakıya gətiriləcək. Azərbaycan hüquq-mühafizə orqanları Lapşini Qarabağa qanunsuz səfər etməkdə və ölkənin ərazi bütövlüyünə qarşı açıq çağırışlarda ittiham edir.Virtualaz.org

DİGƏR XƏBƏRLƏR

Top