İŞİD lideri Əl-Bağdadi təcrid vəziyyətinə düşüb

İŞİD terror təşkilatının lideri Əbu Bəkr əl-Bağdadinin yeri müəyyən olunub, o, təcrid vəziyyətindədir və hərəkət trayektoriyası izlənilir. Bunu İraqın baş naziri Heydər əl-Abadi "France 24" telekanalına eksklüziv müsahibəsində deyib. "Biz onun əksər köməkçilərini aradan götürmüşük. Onun etibar edəcəyi şəxs, demək olar ki, qalmayıb. O, təcrid vəziyyətindədir, biz onun yerdəyişməsini izləyirik. O, digər terrorçularla, demək olar ki, əlaqə saxlamamaqla, kölgədə qalmağa çalışır", - deyə Əl-Abadi bildirib. O, terrorçunun dəqiq yerini deməkdən imtina edib.Report

DİGƏR XƏBƏRLƏR

Top