“Gmail” istifadəçilərinə bəd xəbər

ABŞ-ın Filadelfiya Regional Məhkəməsi qərara alıb ki, “Google” şirkəti Federal Təhqiqat Bürosunun (FTB) Birləşmiş Ştatlardan kənardakı elektron poçt (gmail) istifadəçilərinin qeydiyyata alınmış məlumatlarına çıxışına icazə verməlidir. “Yeniavaz.com”un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, FTB “Google”un xarici ölkələrdəki istifadəçilərinin elektron poçt hesablarının məlumatlarını araşdırmağa icazə verilməsi üçün məhkəməyə müraciət etmişdi və müsbət qərar çıxmışdı. Ancaq “Google” bu qərara qarşı bir müddət dirəndikdən sonra ona tabe olmaq məcburiyyətində qalıb. “Microsoft” oxşar bir qərara etiraz edərək Apellyasiya məhkəməsinə müraciət etdikdən sonra qərar ləğv edilmişdi. Hərçənd “Google” çox da müqavimət göstərmədən məlumatları FTB-nin üzünə açıb. Bununla da FTB “Google”un ABŞ-dan kənardakı istifadəçilərinə çıxış əldə etmək imkanı qazanıb.

DİGƏR XƏBƏRLƏR

Top