Sonuncu sovet nüvə raket bazası sökülür

Latviyada sonuncu sovet nüvə raket bazası sökülməyə başlanılıb. “Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, söküntü işlərini “Demontaza.Iv” şirkəti aparır. Şirkətin direktoru Martıneş Malnikes bildirib ki, söküntü üzrə bütün işlər təqribən yarım il davam edəcək, nəticədə 32 metrlik şaxtanın yerində hamar sahə olacaq. Sökülən “Dvina R-12” şaxta raket kompleksi Qulbene şəhərinin yaxınlığında yerləşir və 4 şaxtadan, eləcə də yeraltı komanda mərkəzindən ibarətdir. Söküntü üzrə işin ümumi smetası 189,9 min avro təşkil edəcək. Sifarişçi Latviyanın Müdafiə Nazirliyidir. Bu, Latviyada yerləşən 12 nüvə raket bazasından sonuncu sökülmımiş bazadır.

DİGƏR XƏBƏRLƏR

Top