Ukrayna Marin Li Penin ölkəyə girişinə qadağa qoymayacaq

Ukrayna Təhlükəsizlik Xidməti (UTX) Fransa prezidentliyinə namizəd, Milli Cəbhə Partiyasının sədri xanım Marin Li Penin ölkəyə səfərinə qadağa qoyulmaması barədə qərar qəbul edib. "Yeniavaz.com"un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, Marin Li Penin ölkəyə girişinə qadağa qoyulması barədə məsələnin gündəmə gəlməsinə səbəb prezİdentliyə namizədin mətbuata verdiyi açıqlamada Krımın Rusiyaya birləşməsinin qeyri-qanuni olmadığını söyləməsi olub. Məsələnin bu tərəfini nəzərə alan UTX Xarici işlər nazirliyinə məktub göndərərək Marin Li Penin ölkəyə girişinə 5 il müddətinə qadağa qoyulmasına icazə verilməsini xahiş etmişdi. Ancaq Ukrayna xarici işlər nazirliyi UTX-yə cavab məktubunda xanım Marin Li Penin ölkəyə girişinə qadağa qoyulmasının məqsədəuyğun olmadığını bildirib. Bununla bağlı mətbuata açıqlama verən UTX aparatının rəhbəri Aleksandr Tkaçuk bildirib ki, mövcud vəziyyəti nəzərə alaraq prezidentliyə namizədin ölkəyə girişinə hələlik qadağa qoyulmaması barədə qərar qəbul edilib.

DİGƏR XƏBƏRLƏR

Top