Merkel 2 siyasi qüvvənin vahid namizədi oldu

Xristian-Demokrat İttifaqı və Xristian-Sosial İttifaqı Angela Merkeli Bundestaqa seçkilərdə vahid namizəd qismində irəli sürüblər. “Yeniavaz.com”un “Kommersant” qəzetinə istinadən verdiyi məluata görə, bu barədə Münhendə iki siyasi qüvvənin icraiyyə komitələrinin birgə iclasında qərar qəbul edilib. Bunadək isə Avropa Parlamentinin keçmiş sədri Martin Şultsun sentyabrın 24-də keçiriləcək Almaniya kansleri vəzifəsi uğrunda mübarizədə Angela Merkelin əsas rəqibi olacağı məlum olmuşdu. M. Şultsun namizədliyi Sosial-Demokrat Partiyası tərəfindən irəli sürülmüşdü.

DİGƏR XƏBƏRLƏR

Top