Ağstafada bazarda yanğın olub

Ağstafa rayonunda yanğın hadisəsi baş verib. Hadisə Ağstafa mərkəzi bazarında qeydə alınıb. Saat 15.20 radələrində başlayan yanğının söndürülməsinə Ağstafa rayon Dövlət Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Yanğın nəticəsində bazarın 150 kvadratmetr sahəsi yararsız hala düşüb, 3 mağazaya ziyan dəyib. Alovun digər mağazalara keçməsinin qarşısı alınıb, yanğın söndürülüb. Faktla bağlı araşdırma aparılır.Apa

DİGƏR XƏBƏRLƏR

Top