Ərdoğan Fars körfəzi ölkələrinə səfərə hazırlaşır

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan fevralın 12-də Fars körfəzi ölkələrinə səfərə çıxacaq. "Yeniavaz.com"un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, üç gün davam edəcək səfərdə Ərdoğan Bəhreyn, Qətər və Səudiyyə Ərəbistanı liderləri ilə görüşəcək. Səfər çərçivəsində Ərdoğanın körfəz ölkələri liderləri ilə bölgədəki vəziyyəti, o cümlədən İŞİD-lə mübarizə məsələlərini müzakirə edəcəyi gözlənilir. Bundan əlavə Türkiyənin Qətər, Bəhreyn və Səudiyyə Ərəbistanı ilə ticarət, sərmayə qoyuluşu və energetika sahəsində qarşılıqlı əlaqələrin daha da inkişaf etdirilməsini müzakirə etməsi planlaşdırılıb.

DİGƏR XƏBƏRLƏR

Top