“Apple”, “Google”, “Microsoft” Trampı məhkəməyə verir

“Apple”, “Google”, “Microsoft” korporasiyaları və ABŞ-ın daha 100-ə yaxın iri şirkəti ölkə prezidenti Donald Trampın miqrasiyanın məhdudlaşdırılmasına dair fərmanına qarşı mövqelərininin hüquqi əsasını məhkəməyə təqdim ediblər. “Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, əsaslandırmada qeyd edilir ki, xaricdən işçilərin ölkəyə girişinin məhdudlaşdırılması Amerika biznesinə ziyan vurur. Şirkətlərin hüquqi mövqeyi San-Fransiskodakı doqquzuncu dairənin Apellyasiya məhkəməsinə təqdim edilib. Korporasiyaların mövqeyinin hüquqi əsaslandırılmasında deyilir ki. D. Trampın fərmanı 50 il ərzində ABŞ-ın miqrasiya sisteminin əldə rəhbər tuduğu ədalət və proqnozlaşdırılma prinsipindən xeyli ayırır: “Fərman Amerika biznesinin maraqlarına, eləcə də innovasiyalara və nəhayət artıma xeyli ziyan vurur. Miqrantlar və onun uşaqları “Fortune” jurnalının tərtib etdiyi siyahıya daxil olan ABŞ-ın 500 iri şirkətinin 200-dən çoxunun əsasını qoyublar”. “Apple”, “Google”, “Microsoft”dan başqa, məhkəməyə hüquqi əsaslandırmanı təqdim edən korporasiyalar arasında “Facebook” və “Twitter”, “Intel”, “eBay”, “Netflix”, “Uber” taksi servisi, “Levi Strauss” cins geyim istehsalçısı da var. Sənədi əsasən, xaricdən ixtisaslı işçi qüvvəsi cəlb edən texnologiya sektorunun şirkətləri imzalayıblar.

Qeyd edək ki, D. Tramp yanvarın 27-də miqrasiya siyasətinin sərtləşdirilməsinə dair bir neçə sənəd imzalamışdı. Onlardan biri 7 müsəlman ölkəsindən – İran, İraq, Yəmən, Liviya, Suriya, Somali, Sudan - olan qaçqınların ABŞ-da yerləşdirilməsi proqramının 120 gün müddətinə dayandırılmasını nəzərdə tutur. D. Tramp, həmçinin İraq, İran, Suriya, Sudan, Yəmən, Liviya və Somali vətəndaşlarının 90 gün ərzində ölkə ərazisinə buraxılmamasına dair fərman imzalayıb.

Bundan sonra Sietl federal məhkəməsi ABŞ administrasiyasına D. Trampın imzaladığı miqrasiya məhduyyətləri haqqında fərmanın icrasını qismən dayandırmaq tapşırığı verib. Hakim Ceyms Robartın tapşırığı fərmanın bütün ölkə üzrə fəaliyyətini dayandırır. Onun fərmanın icrasının müvəqqəti dayandırılmasına tətbiq etdiyi qadağa hələ ki məhkəmənin Vaşinqton ştatının baş prokuroru Bob Ferqyusonun D. Trampın məlum fərmanlarının müddəalarının ləğvinə yönəlmiş iddiasına baxdığı müddətdə keçərlidir.

Fevralın 5-də isə ABŞ-ın Apellyasiya məhkəməsi ölkənin Ədliyyə Nazirliyinin D.Trampın miqrasiya fərmanının dayandırılması haqqında məhkəmə qərarının ləğv edilməsi haqqında sorğusunu geri çevirib.

DİGƏR XƏBƏRLƏR

Top