Britaniya XİN Rusiyaya qarşı sanksiyaların saxlanılmasını istəyir

Böyük Britaniya Avropa Birliyi (AB) tərəfindən Rusiyaya qarşı tətbiq edilən sanksiyaların qüvvədə saxlanılmasına tərəfdardır. "Yeniavaz.com"un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə Böyük Britaniyanın Xarici işlər naziri Boris Conson mətbuata açıqlamasında deyib. Conson buna səbəbin Rusiya tərəfindən Ukraynada yenidən gərginliyin artırılması olduğunu göstərib: "Biz hamımız Ukraynada gərginliyin artmasından narahatıq. Bunun kim tərəfindən edildiyi də AB-də heç kimə sirr deyil. Məhz bu amili nəzərə alaraq Böyük Britaniya AB tərəfindən Rusiyaya qarşı təzyiqlərin nəinki yumşaldılmasının əleyhinə çıxır, əksinə onun daha da sərtləşdirilməsini istəyir".

Conson Rusiyanın Minsk anlaşmasının şərtlərinini yerinə yetirməyəcəyi təqdirdə sanksiyaların davam etdirilməsinin vacibliyini xüsusi qeyd edib.

DİGƏR XƏBƏRLƏR

Top