Belçikada səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 6-da daha bir sıra görüşlər keçirib. Azərbaycan Prezidenti Brüsseldə Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviç ilə görüşüb.
Daha sonra İlham Əliyevlə Belçika Kralı Filipin təkbətək görüşü olub.