Əl Bab hər tərəfdən mühasirə olundu

Suriyanın Əl Bab bölgəsindəki İŞİD terror qruplaşması hazırda cənubdan prezident Bəşər Əsəd qüvvələri, qərb və şimaldan isə Türkiyə Silahlı Qüvvələri ilə Azad Suriya Ordusu tərəfindən mühasirəyə alınlb. “Yeniavaz.com”un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Suriya İnsan Haqları Müşahidə Məntəqəsi yaydığı açıqlamada bildirir ki, Əl Bab ilə Raqqa arasındakı tək və son əsas yol da rejim qüvvələri ilə milislər tərəfindən ələ keçirilib. Azad Suriya Ordusu isə Əl Babdan 2 klometr aralıda yerləşən strateji önəmə malik Bizaa kəndini İŞİD terror qruplaşmasından azad edib. Bizaa kəndi İŞİD-in bölgədən çıxmasına mane olmaq üçün əhəmiyyət kəsb edir.

DİGƏR XƏBƏRLƏR

Top