Fransada prezident seçkiləri tarixində ilk dəfə olaraq holoqram texnologiyasından istifadə edilib. “Yeniavaz.com”un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, prezidentliyə ifrat solçu namizəd Jan Lyuk Melanşon Lyonda keçirilən mitinqdə danışarkən 3 ölçülü (3D) holoqramı paytaxt Parisdəki digər mitinqdə səhnədə əks etdirilib. “Reuters” xəbər agentliyi keçmişdə bu texnologiyadan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın istifadə etdiyini xatırladıb. Komunist Partiyası tərəfindən dəstəklənən 65 yaşlı J. L. Melanşon Avropa İttifaqı (Aİ) və qloballaşmağa qarşı sərt mövqeyi ilə tanınır. Fransada prezident sisteminin əvəzinə parlament sistemini gətirməyi vəd edən namizəd ölkəsi ilə Aİ arasındalı sazişə də yenidən baxılmasını istəyir.