Ceyhan limanından 2 milyon ton Azərbaycan nefti ixrac olunub

2017-ci ilin yanvar ayı ərzində 2 milyon 48 min 786 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb. "Yeniavaz.com" Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən bildirir ki, bu həcmin 1 milyon 398 min 440 tonunu Azərbaycan Dövlət Neft Fondunun nefti təşkil edib. Ümumiyyətlə, BTC istismara verilən gündən 2017-ci il fevral ayının 1-ə qədər Ceyhan limanından 321 milyon 883 min 385 ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.

DİGƏR XƏBƏRLƏR

Top