Əfqanıstanda ölənlərin sayı 100-ə çatıb

Əfqanıstanda qar uçqunu nəticəsində ölənlərin sayı 100-ə çatıb. Təkcə Pakistanla sərhəddə yerləşən Nuristan əyalətində qar uçqunu nəticəsində 53 nəfər həyatını itirib. "Yeniavaz.com" Türkiyə mətbuatına istinadən bildirir ki, onlarla ev qar altında qalıb, ölənlərin çoxu avtomobili ilə yolda köməksiz qalıb donanlardı. Əfqan nazir Vais Əhməd Barmak BBC-yə açıqlamasında ölkənin paytaxtı Kabildə də qar uçqunlarının baş verdiyini bildirib. Nazirin sözlərinə görə, Nuristan əyalətində 2 kənd tamamilə qarın altında qalıb: "Xilasedicilər qeyri-sabit hava şəraiti ilə əlaqədar köməyə ehtiyacı olan insanlara gedib çatmaqda çətinlik çəkir. Kabildəki beynəlxalq hava limanı uçuş zolağının buz bağlamsı səbəbindən fəaliyyətini müvəqqəti dayandırıb. Polis və əsgərlər Kabil-Kandahar avtomobil yolunda köməksiz qalan 250 avtomobili xilas edə biliblər. Xilasetmə əməliyyatları davam etdirilir".

DİGƏR XƏBƏRLƏR

Top