Əfqanıstanda mülki əhali arasında ölənlərin və zərər çəkənlərin sayı artıb

2016-cı ildə Əfqanıstanda baş verən silahlı toqquşmalar nəticəsində həlak olanların və yaralananların sayı 11,5 min nəfər olub. "Yeniavaz.com"un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu, mülki əhali arasında son illərdə baş verən toqquşmalar nəticəsində rekord miqdarda ölən və yaralanan deməkdir. Öz növbəsində BMT-nin Əfqanıstandakı missiyasının hazırladığı hesabatda bildirilir ki, həlak olanların arasında uşaqların da sayı artmaqda davam edib. Belə ki, həlak olan dinc əhali arasında 923 nəfər uşaq olub. Bundan əlavə toqquşmalar nəticəsində 2,6 min nəfər uşaq yaralanıb. Bu isə 2015-ci illə müqayisədə 24 faiz çox deməkdir. Koalisiya güclərinin terrorçularla mübarizə çərçivəsində apardığı hərbi əməliyyatlar zamanı isə mülki əhali arasından 600 nəfər ölüb və yaralanıb. BMT Baş katibinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi Tadamiçi Yamamoto də dinc əhali arasında qurbanların sayının artmada olmasına diqqəti cəlb edərək: "Minlərlə insanın Əfqanıstanda toqquşmaların qurbanı olmaqda davam etməsi insanı dəhşətə gətirir. Halbuki münaqişə tərəfləri dinc əhali arasında itkilərin olmaması və onların müdafiəsi üçün lazımi tədbirlər görə bilərdilər",-deyib.

DİGƏR XƏBƏRLƏR

Top