Azərbaycan Premyer Liqasında XVII turun proqramı açıqlanıb

Futbol üzrə Azərbaycan Premyer Liqasında XVII turun oyun cədvəli açıqlanıb. Peşəkar Futbol Liqasının rəsmi saytının məlumata görə, qarşıdakı turda turnir cədvəlinin ilk 3 pilləsindəki komandalar ev oyununa çıxacaqlar. İlk oyun gününün açılış matçında "Qəbələ" AZAL-ı, "Qarabağ" "Zirə"ni qəbul edəcək. "İnter" "Neftçi"ni turun ikinci oyun gününün son qarşılaşmasında sınağa çəkəcək. Daha bir matç isə "Sumqayıt"la "Kəpəz" arasında olacaq.


8 fevral (çərşənbə)
15:00. “Qəbələ” – AZAL
Qəbələ şəhər stadionu


17:30. “Qarabağ” – “Zirə”
Bakı, “Azersun Arena”


9 fevral (cümə axşamı)
15:00. “Sumqayıt” – “Kəpəz”
Sumqayıt, “Kapital Bank Arena”


17:30. “İnter” – “Neftçi”
Bakı, “İnter Arena”
Qeyd edək ki, turun bütün oyunları “CBC Sport” kanalı ilə canlı yayımlanacaq.

DİGƏR XƏBƏRLƏR

Top