Tramp administrasiyası İranla Rusiyanın arasını vurmaq üçün yollar axtarır

İranı dünyanın 1 saylı terrorçu dövləti elan edən Tramp administrasiyası Rusiya ilə İran arasında hərbi və diplomatik ittifaqa mane olmaq imkanlarını öyrənir. "Yeniavaz.com"un İzvestiya.ru-ya istinadən verdiyi məlumata görə, ABŞ-ınyeni administrasiyası Rusiya ilə İran arasında sıx hərbi və diplomatik əməkdaşlıqdan narahatdır. Bununla əlaqədar Uoll-Strit Jornel yazır ki, Trampın komandası Rusiya-İran ittifaqını dağıtmaq üçün bütün imkanlardan istifadə etmək niyyətindədir. Öz növbəsində Tramp komandasındakı mənbələrdən biri nəşrə verdiyi məlumatında deyib: "Əgər İranla Rusiya arasında münasibətlərə mane olmağa imkan verəcək hansısa vasitə olsa, biz ondan istifadə yollarını araşdıracağıq".

Tramp administrasiyasındakı yüksək vəzifəli şəxslərin fikrincə, bu, Suriyadakı münaqişəyə son qoymaq və İŞİD-lə daha səmərəli mübarizə aparmaq imkanı verə bilər.

DİGƏR XƏBƏRLƏR

Top