Bursada İŞİD üzvü olmaqda şübhəli bilinən 105 nəfər saxlanılıb

Türkiyənin Bursa əyalətində keçirilən iki günlük anti-terror əməliyyatı nəticəsində terrorçu İŞİD qruplaşmasına üzvü olmaqda şübhəli bilinən 105 nəfər tutulub.
“Anadolu” agentlyi xəbər verir ki, onların 59-u xarici ölkə vətəndaşıdır. Məlumata görə, saxlanılan şəxslərin 51-i Suriya, 1-i Rusiya, 4-ü Türkmənistan, 3-ü Azərbaycan vətəndaşıdır. Onlardan 46-sı isə Türkiyə vətəndaşıdır.Report

DİGƏR XƏBƏRLƏR

Top