Xəzər dənizində köməksiz vəziyyətdə qalan balıqçılar xilas edilib. Bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzinən məlumat verilib.
DSX-nin Sahil Mühafizəsinin “Vel” sahil nəzarəti məntəqəsinə 2 nəfər balıqçının qayığın mühərrikində yaranan nasazlıq səbəbindən Xəzər dənizində köməksiz qalmaları barədə məlumat daxil olub. Qayığın koordinatları müəyyənləşdirildikdən sonra sərhəd gözətçi gəmiləri vasitəsilə həyata keçirilən axtarış-xilasetmə tədbirləri nəticəsində sahildən 5 mil aralıda dənizdə qalmış balıqçı qayığı aşkar edilib. Astara rayon Şahağacı kənd sakinləri Quliyev Zaur Balağa oğlu və Həsənov İlqar Əlihəsən oğlu saat 20:30-da xilas edilərək qayıqla birlikdə sahilə çıxarılıb. Qeyd edək ki, DSX-nin sərhəd gözətçi gəmiləri, texniki-müşahidə və sahil nəzarəti məntəqələri dənizə çıxan üzmə vasitələrinə nəzarətin təşkili və Xəzərdə xilasetmə tədbirlərinin həyata keçirilməsi üzrə fəaliyyətlərini uğurla davam etdirirlər.Report