KİV: Britaniya ordusu gücsüzdür – traktor kimi səs çıxaran gəmilər, təyyarəyə sığmayan maşınlar

Güclü düşmən hücum edəcəyi təqdirdə Böyük Britaniya ordusu ölkəni müdafiə edə bilməyəcək. “Yeniavaz.com”un “İzvestiya” qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə “The Sunday Times” nəşrinin Birləşmiş Krallığın ordusunun ətraflı təhlilinə yer verildiyi məqaləsində deyilir. Məqalədə bildirilir ki, hazırda gəmilərin texniki xarakteristikaları ordunun müdafiə qabiliyyətində ciddi boşluqlar yaradıb. Qeyd edilir ki, Britaniya Hərbi Dəniz Qüvvələrinə məxsus gəmilərin xarakteristikaları o dərəcədə güclü səs çıxarır ki, 160 kilometr aralıdakı rus sualtı qayıqları tərəfindən indentifikasiya oluna bilərlər. Həmçinin, məqalədə deyilir ki, bu yaxınlarda orduya təhvil verilmiş “Ayaks” hərbi piayda maşınlarınən həcmi həddən artıq böyül olduğundan hərbi-nəqliyyat təyyarəsinə daxil ola bilmirlər. O da əlavə edilir ki, 12 il əvvəl sifariş edilmiş və xəzinəyə 1,2 milyard avroya başa gəlmiş 54 pilotsuz uçuş aparatı hələ də orduya təhvil verilməyib.

DİGƏR XƏBƏRLƏR

Top