Türkiyə millisinin üzvü “Borussiya” Dortmunda keçdi

“Bayer” Leverkuzenin mərkəz müdafiəçisi Ömər Toprak yay mövsümündə “Borusiyya” Dortmun klubuna keçəcək. “Yeniavaz.com”un xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə Dortmund klubunun saytı xəbər verir. Türkiyəli futbolçu “Borussiya” ilə imzalayacağı müqavilənin müddəti 30 iyun 2021-ci il tarixinədək olacaq. Daha əvvəl verilmiş məlumata görə, 27 yaşlı futbolçunun transfer məbləği təqribən 12 milyon avro təşkil edəcək. Qeyd edək ki, türkiyəli müdafiəçi 2011-ci ildən “Bayer”in heyətində çıxış edir. O bu günədək Leverkuzen təmsilçisi ilə 191 matça çıxıb.

DİGƏR XƏBƏRLƏR

Top