Azərbaycanlı qadın Türkiyədə “Ümid” kimi tanınan gəncə görə DNT testindən keçəcək

9 il əvvəl Antalya şəhərində yol qəzası nəticəsində bütün bədəni iflic olmuş və Türkiyə ictimaiyyətində “Ümid” kimi tanınan gəncin oğlu olduğunu iddia edən Azərbaycan əsilli Rusiya vətəndaşı İradə Mustafaoğlu DNT testi üçün qan nümunəsi verəcək. “Yeniavaz.com”un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, “Ümid”i bu müddətə qədər saxlamış Gülsüm Kabadayı isə “həqiqi anası olsa da onu verməyəcəm” deyib. İ. Mustafaoğlu “Ümid”in 16 il əvvəl 7 yaşında itkin düşən oğlu olduğunu bildirib. O qeyd edib ki, oğlanın əsl adı Kənandır. Azərbaycanlı qadın Rusiyanın rəsmi qurumları vasitəsilə Türkiyəyə müraciət edərək DNT testinin aparılmasını tələb edib. Rusiyada DNT testi üçün qan nümunəsi verən İ. Mustafaoğlu G. Kabadayıya səsli mesaj göndərərək bu barədə məlumat verib: “Rusiyada rəsmi qurumlara etdiyim müraciətdən sonra Ümidin böyük oğlum Rəşada çox oxşadığı təsbit edilib. DNT testi üçün mən və ərimdən qan nümunəsi götürüldü. Mövzu Moskvadakı prokurorlar tərəfindən nəzarətə alınıb. Görüş üçün bizi dəvət etdilər”.

DİGƏR XƏBƏRLƏR

Top