Quş qripi geri qayıdır: 70 min toyuq məhv ediləcək

Yaponiyada quş qripi virusu ilə əlaqədar 70 min toyuq məhv ediləcək. Saqa prefekturasının dövlət orqanları Küsü adasındakı quş fabrikində yeni H5 virusu müəyyən ediblər. Hazırda mütəxəssislər 70 min toyuğun kəsimini həyata keçirirlər. "NHK" telekanalının məlumatına görə, fermanın işçiləri son 2 sutka ərzində 50 ölü toyuq aşkarlayıblar. Virusun aşkarlandığı quş fabrikinin yerləşdiyi ərazi 10 kilometr radiusda karantin zonası elan edilib və yumurtaların, quşların və quş əti məhsullarının daşınması qadağan olunub. Habelə yollarda dezinfeksiya işləri aparılır.
Qeyd edək ki, yanvarda Miyadzaki prefekturasında da quş qripi virusu aşkarlanıb. Mütəxəssislər bu səbəbdən 160 min toyuğu məhv ediblər. Dekabrın əvvəllərində isə Niiqata və Aomori prefekturalarında yarım milyondan çox toyuq və ördək məhv edilib. report

DİGƏR XƏBƏRLƏR

Top