Bakıda maşın yolu buzdan təmizləyən qadını vurub öldürdü

Paytaxtda ağır yol qəzası baş verib. Heydər Əliyev prospektinin Sabunçudan keçən hissəsində yolun kənarındakı qar qalıqlarını təmizləyən qadını avtomobil vurub. Naməlum sürücünün idarə etdiyi nəqliyyat vasitəsi 40-45 yaşlı qadını vuraraq 10-15 metr kənara atıb. O, aldığı xəsarətlərdən hadisə yerindəcə keçinib. Qəzanı törədən sürücü avtomobili ilə birgə qaçıb. Faktla bağlı araşdırma aparılır. lent.az

DİGƏR XƏBƏRLƏR

Top